Xəbər lenti

"Bu,"süni humanizm" görüntüsüdür" - Yadigar Sadıqovla bağlı BƏYANAT
Siyasət10:08 23.07.2014

"Bu,"süni humanizm" görüntüsüdür" - Yadigar Sadıqovla bağlı BƏYANAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsi bəyanat yayıb. 

Qaynar.info-ya daxil olan bəyanatda müdafiə komitəsi Şirvan Apellyasiya Məhkəməsinin verdiyi qərarı qanunsuz sayır, Yadigar Sadıqovun azadlığa çıxması üçün bundan sonra da hüquqi yolla mübarizə aparacağını bəyan edir:

"22 iyul 2014-cü il tarixində Müsavat Partiyası başqanının müşaviri, vicdan məhbusu Yadigar Sadıqovun işi ilə bağlı Apellyasiya Məhkəməsinin növbəti iclası keçirilib və məhkəmə başa çatıb. Məhkəmə Yadigar Sadıqovun Lənkəran Şəhər Məhkəməsinin hökmündən Şirvan Apellyasiya Məhkəməsinə verdiyi şikayətinə baxaraq, Yadigar Sadıqov haqda 1-ci instansiya məhkəməsinin 6 il azadlıqdan məhrum etmə haqda hökmünü qismən qüvvədə saxlayıb və Yadigar Sadıqovun 4 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. 

Müdafiə Komitəsi bəyan edir ki, Apellyasiya məhkəməsinin baxışı zamanı Y.Sadıqovun vəkillərinin əsaslandırılmış vəsatətlərinin əksəriyyətinin rədd edilməsi, bir-ikisinin qismən təmin edilməsi,  həm bütövlükdə ittiham tərəfinin siyasi sifariş əsasında iddia etdiyi xuliqanlıq hadisəsinin baş verməməsinə dair, həm ayrılıqda  ittihamın “zərərçəkən”in bədəninə “az ağır” xəsarət yetirməyə dair hissəsi haqda vəkillərin məhkəməyə təqdim etdiyi və ekspertiza rəyinin saxta olmasına şübhə yeri qoymayan sübutların, eləcə də ibtidai istintaq zamanı kobud prosessual pozuntuların baş verməsini əsaslandıran sübutların, ittiham tərəfinin saxta şahidlərinin təkrar dindirilmədən yayınmalarının məhkəmənin qərarında öz əksini tapmaması, sırf ictimai-siyasi fəaliyyətinə görə uydurma xuliqanlıq iddiası ilə törətmədiyi cinayətdə ittiham edilən Y.Sadıqova bəraət vermək əvəzinə, Lənkəran Şəhər Məhkəməsinin saxta ittihama əsaslanmaqla verdiyi  6 il  azadlıqdan məhrum etmə haqda hökmünün tam mahiyyətini Apellyasiya Məhkəməsinin qüvvədə saxlaması və 6 illik cəzanı 4 ilə endirməklə kifayətlənməsi ”süni humanizm” görüntüsü yaratmaq cəhdi və hakim rejimin siyasi sifarişinin icrasını davam etdirməkdir.

Müdafiə Komitəsi Şirvan Apellyasiya Məhkəməsinin verdiyi qərarla qətiyyən razılaşmır və Y.Sadıqovun azad edilənə qədər hüquqi müstəvidə mübarizəsini davam etdirəcəyini bildirir".

Qaynar.info