
“Mən sadəcə qonorar qarşılığında çıxışımı etmişəm. Dincəlin, qurban olum”.
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev “Selfinaz” adlı stend-ap şousunda türk komediya ustası Cem Yılmazı təqlid etməsi haqda iddialara münasibət bildirərkən söyləyib:
“Səhnənin dekoru Cem Yılmazdan götürülüb deyən hər kəsə bir sözüm var. Əzizlərim, bu mənim deyil, konserti təşkil edən şirkətin istəyidir”.
F.Xudaverdiyev Cem Yılmazın da bu yerlərə gəlməsində türk xalqının böyük rolu olduğunu bildirib və “Azca özümüzə dəyər verək” söyləyərək onu tənqid edənlərə sitəm edib:
“Yaxın 3 ildə Cemi sizə unutdurmaq mənə borc olsun”.
Qaynarinfo.Az