
"Dalğa” Gənclər Hərəkatının sədri, gənc fəal Hacı Zeynallı həbs olunub.
Qaynar.info-nun verdiyi məlumata görə, bu qərar Nəsimi Rayon Məhkəməsi tərəfindən, H.Zeynallının dünən nidaçıların məhkəməsindən sonra aksiyada iştirakına görə verilib. Belə ki, Nəsimi rayon məhkəməsi gənc fəal barəsində 15 sutka həbs qərarı çıxarıb.
Aksiyada saxlanılanlardan Tural Abbaslı, Şəfi Şəfiyev və Hacı Zeynallıya 15 sutka, Orxan Eyyubzadə 20 və Kəmalə Bənənyarlıya isə 30 sutka həbs cəzası verilib.
Rəsul Mürsəlov, Nicat Məmmədov və soyadını hələlik dəqiqləşdirə bilmədiyimiz Rəhman adlı gəncə 400 manat məbləğındə cərimə tətbiq olunub.
Şamil Beydulla və Kamran Zeynalov 500 manat, Füzuli adlı gənc isə 300 məbləğində cərimə ilə üzləşiblər.
Tural İbrahim və Orxan Rzaya məhkəmə tərəfindən xəbərdarlıq edilib.
Qaynar.info