Xəbər lenti

"Dillərinə 50 qram dəyir, başlayırlar qeybətə" - Fərda Xudaverdiyev əsəbləşdi
Maqazin18:28 25.12.2016

"Dillərinə 50 qram dəyir, başlayırlar qeybətə" - Fərda Xudaverdiyev əsəbləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aktyor Fərda Xudaverdiyev "ATV maqazin onlarla" verilişində onun sənətini bəyənməyənlərin cavabını verib.

Qaynarinfo.Az axşam.az-a istinadən bildirir ki, üzümüzü güdürməyə alışdığımız aktyor bu dəfə çox əsəbləşib.

"Dünən atdanıb meydana, bu gün kino çəkib iddialı-iddialı danışmaq, mız qoymaq həqiqətən günahdır. Üzdə bir cürəsiniz, arxada başqa cürə. Onda məni görəndə görüşməyin. Kişi olun. Kişinin bir sifəti olar. Bəsdirin daha", - deyə Fərda bidirib.

Gənc aktyor onun arxasında danışanlara belə deyib:

"Mən özümdən 10 yaş böyük sənətçi görəndə az qalır onun əlindən öpüm. Mənim sizinlə işim yoxdursa, sizin də mənimlə işiniz olmasın. Hər işə qiyməti tamaşaçı verir. Tamaşaçı da qiymətinizi verib. Otururlar kiminsə yanında, dillərinə 50 qram dəyir, başlayırlar qeybətə".

Fərda "Stand up"da özünə rəqib görmədiyini də vurğulayıb:

"Ən azı yaxın 5 ildən söhbət gedir. İstəyirsinizsə, buyurun çıxın meydana".

Qaynarinfo.Az