Xəbər lenti

"Elə sponsor var ki, müğənnini..." - əməkdar artistdən sərt açıqlama
Maqazin05:38 09.10.2014

"Elə sponsor var ki, müğənnini..." - əməkdar artistdən sərt açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Abbas Bağırov "Gündəlik" verilişinin qonağı olub.

Gecce.az xəbər verir ki, verilişdə qonaq olan sənətçi müğənnilərə pul xərcləyən sponosrlardan danışıb.

"İlk gündən mənim yanımda Ənvər Sadıqov kimi gözəl dost və musiqiçi olub. Sağ olsun bəzi dostlarım, bu günə qədər mənə həm mənəvi, həm də maddi dəstək olublar. Bunu gizlədə bilmərəm. O dostlarım bunları mənə təmənnasız edib. Mən hər zaman dostlarımla fəxr etmişəm. Bu, sponsorluq deyil. Sponsorlar cürbəcür olur. Bu günə qədər mənim şəxsi malımı, avtomobilimi mənə kimsə alıb hədiyyə etməyib. Bəzi sponsorlar isə müğənniyə klip çəkdirir, avtomobil alır. Həmin sənətçi sponsorun şəxsi məhsulu olur. Sabah da həmin adam onu bir məclisə çağıranda və müğənninin ora getməyə vaxtı olmayanda hədiyyə etdiyi hər şeyi geri alır".

Qaynar.info