Xəbər lenti

"Əli Kərimliyə görə müxalifətlə düşmən olan deyiləm ki" - MÖVQE
Siyasət08:09 13.08.2013

"Əli Kərimliyə görə müxalifətlə düşmən olan deyiləm ki" - MÖVQE

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vidadi İsgəndərli: "Mənə səsi Yeni Azərbaycan Partiyası  yığmayacaq ki?!"

"Milli Şuranı gözləyirik, görək, onlar nə qərar qəbul edir. Avqustun 15-dən sonra qərar qəbul edəcəm”.

Bunu Qaynar.info-ya açıqlamasında hüquq müdafiəçisi Vidadi İsgəndərli “Prezidentliyə namizədliyinizi irəli sürəcəksinizmi?” sualına cavab verərkən deyib.

O qeyd edib ki,  Milli Şuranın vahid namizədindən asılı olaraq fikrini bildirəcək: “Milli Şuraya vaxt vermişdim ki, qərara gəlsinlər. Milli Şuranın vahid namizədindən asılı olaraq fikrimi bildirəcəyəm. Qurumda təmsil olunmuram. Əli Kərimliyə görə müxalifətlə düşmən olan deyiləm ki. Orada olmamağımın tarixi səbəbləri var. Səbəb Əli Kərimlinin öz vəzifəsindən istifadə edərək mənim orada təmsil olunmağıma veto qoyması olub. O, gizli veto qoymuşdu. Guya Vidadi İsgəndərli radikal çıxışlar etməklə ölkədə Milli Şuranı tez yandıra bilər. Amma nə yandılar, nə də yandırdılar. Seçkiyə 2 aydan az vaxt qalıb, hələ heç nə etmirlər”.

O bildirib ki, ehtiyat namizəd məsələsində İsa Qəmbərin mövqeyini dəstəkləyir: “Mövqeyim İsa bəyin mövqeyi ilə üst-üstə düşür. Vahid namizəddən başqa Mehman Əliyev, İsa Qəmbər, Cəmil Həsənlinin də namizədliyi irəli sürülsə, onları müdafiə edəcəm. Milli Şurada Rüstəm İbrahimbəyov olmasa, alternativ namizəd olmalıdır. Bu zaman alternativ variant məni təmin etsə, onu dəstəkləyəcəm. Mənim də elektoratım elə müxalifətdi. Mənə səsi Yeni Azərbaycan Partiyası  yığmayacaq ki?! Ona görə də onlar qərar çıxarsalar ki, alternativ namizədlə gedək, onda mənim alternativ olana qarşı namizəd kimi getməyim düzgün olmaz. Yenə də deyirəm, Milli Şuranın alternativ namizədi məni təmin etməsə, öz namizədliyimi verəcəm. Orada təmsil olunmasam da, ideyalarımız üst-üstə düşür. Seçkiyə 2 aydan az vaxt qalsa da, hələ qərara gələ bilməyiblər. Hələ namizədi müəyyənləşdirə bilmirlər. Martda dedim ki, bir neçə nəfər namizədliyini irəli sürsün, bu da yatmış insanların oyadılmasında mühüm rol oynayacaq, amma AXCP bu ideyaya qarşı getdi. Dedilər, yox, seçki mühiti yaradaq, sonra seçkidə iştirak edək. Nə seçki mühiti yaradıldı, nə də namizədləri xalqla işləməyə qoydular”.

İlkin
Qaynar.info