
Onlar Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəmə prosesində iştirak edirlər
Qaynar.info xəbər verir ki, “El” Hərəkatı İdarə Heyətinin bir neçə üzvü Şəkidə gedib. Onlar bu gün məhkəməsi keçirilən REAL sədri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun məhkəmə prosesində iştirak etmək və onlara dəstək ifadə etmək məqsədilə gediblər.
İdarə Heyətinin üzvlərindən Zəfər Quliyev və Köçəri Nağıbəyli həbs edilən şəxslərlə qısa müddətə olsa da, söhbət etmək imkanı olub. Onlar İlqar Məmmədova və Tofiq Yaqubluya "EL"-in dəstəyini ifadə ediblər. Habelə onların vəkili Fuad Ağayevlə görüşərək müdafiə işləri ilə maraqlanıblar.
"EL"-in İdarə Heyətinin üzvü Köçəri Nağıbəyli deyib ki, onlar həbs edilən siyasilərlə görüşsə də, məhkəmə prosesi təxirə salınıb.
Qaynar.info