Xəbər lenti

"Ermənistan istənilən halda Rusiyanın dediyini edəcək" - ŞƏRH
Siyasət08:20 15.04.2016

"Ermənistan istənilən halda Rusiyanın dediyini edəcək" - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın istəyi xaricində Ermənistan siyasi partiyaları və hakimiyyəti heç bir addım ata bilməz".
Bu sözləri Qaynar.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu "Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünə vaxtından əvvəl xitam verilməsi haqqında" bəyanat layihəsinə münasibət bildirərkən deyib.
Elxan Şahinoğlu bildirib ki, Ermənistan istənilən halda Rusiyanın dediyini edəcək: "Ermənistan AİB-ə üzv olanda mən şərhlərimdə yazmışdım ki, bu əslində gülməlidir. Təşkilatın adı Gömrük İttifaqıdı. Amma Ermənistanın bu ölkələrin heç biri ilə gömrük sərhəddi yoxdur. Avrasiya İqtisadi Birliyinə üzv olandan sonra düşünürdülər ki, bütün iqtisadi problemlərini Rusiya, Qazaxıstan həll edəcək. Neftin qiyməti düşdükdən sonra Rusiya və Qazaxıstanın özünün iqtisadi problemləri artdı. AİB-in əhəmiyyəti azaldı. İdeyanın əsas daşıyıcısı olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev belə tənqid edir ki, bu qurum heç bir işə yaramır. İndiki ağır iqtisadi vəziyyətdə hər kəs özünün problemini həll edir. 
Ona görə də Ermənistan AİB-ə üzv olduqdan sonra heç bir qazanc əldə etməyib. Əksinə, Rusiya Ermənistanın fabrik və zavodlarını ələ keçirib. Ona görə də Rusiyadan narazıdılar. Bəzən sanki əzələ nümayiş etdirirlər ki, Azərbaycana silah satmasın. İndi də AİB-dən çıxmaq məsləsini qaldırıblar. Bu da mümkün deyil. Çünki Ermənistan tamamilə Rusiyadan asılıdır. Sərhədlərini belə rus hərbiçiləri qoruyur. Rusiyanın istəyi olmadan bir adım ata bilməz. İndiki əzələ nümayişinə baxmayaraq, sonda Rusiyanın dediklərini edəcəklər".
Politoloq qeyd edib ki, cəbhə bölgəsində vəziyyət gərginləşəndə Qazaxıstan və Belarus İrəvanda keçriləcək AİB-in toplantısından imtina etdi: "Çünki bu Azərbaycanın əlehinə bir addım kimi dəyərləndirilə bilərdi. Çox obyektiv və haqlı addım idi. Bu addım Ermənistan hakimiyyətini qıcıqlandırıb. Rusiyanın istəyi xaricində Ermənistan siyasi partiyaları və hakimiyyəti heç bir addım ata bilməz".
Qafqaz Rafiqoğlu
Qaynar.info