Xəbər lenti

"Ermənistanda baş verən hadisələrə görə aprel şəhidlərinə borcluyuq"
Siyasət10:54 30.07.2016

"Ermənistanda baş verən hadisələrə görə aprel şəhidlərinə borcluyuq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Fuad Çıraqov Ermənistanda baş verən olaylarla bağlı "Facebook" səhifəsində amarqlı status paylaşıb. 

Qaynarinfo.Az xəbər verir ki, SAM əməkdaşı Ermənistanda vəziyyətin gərginləşməsində aprel döyüşlərinin böyük rolu olduğunu qeyd edib.

"Bilin ki, bu gün Ermənistanda baş verən hadisələrə görə ilk növbədə qəhrəman aprel şəhidlərimizə minnətdar olmalıyıq. Allah onlara rəhmət etsin.

Onlar öz qanları və qələbələri ilə 20 ildən çox davam edən qələbə üzərində qurulmuş qüvvələr balansını alt-üst etdilər. Döyüşlərdən sonra ilk günlərdə yazdığım kimi bütün daşları yerindən oynatdılar.

Artıq neçə gündür Ermənistanın müxtəlif şəhərlərində hakimiyyət qüvvələri və müxalifət arasında qarşıdurmalar davam edir. Artıq qarşıdurmalar intensivləşir, yaralılar artır, belə getsə ölüm halları da ola bilər. Bir neçə gün öncə yazmışdım, hakimiyyət pat vəziyyətinə düşüb, qan tökməyə cürət etmir. Amma çıxış yoxdu, çox davam edə bilməz.

Artıq bütün erməni cəmiyyəti ikiyə bölünüb. ABŞ-dakı ermənilər Vaşinqtondan Sarkisyanı Səddam Hüseyn kimi asmağı belə tələb edir. Belə vəziyyət heç vaxt olmamışdı.

Bu məqamda biz nə etməliyik? Bir az da səbr. Bu aqressiyanı və revanşizm emosiyalarını nəbadə üzərimizə çəkməyək. Bu aqressiyanı maksimum dərəcədə Ermənistanın içində qalmalı, özünü üzməyə yönəlməlidi. Hər iki tərəfin pat vəziyyətindən bu dəqiqə ən ideal çıxış yolu bizimlə müharibədi. Bu aqressiya məncə bütün dövlət maşınını iflic hala gətirəcək".

Qaynarinfo.Az