Xəbər lenti

"Eynulla Fətullayev Rusiyanın mövqeyini əks etdirir" (REAKSİYA)
Siyasət12:11 12.03.2013

"Eynulla Fətullayev Rusiyanın mövqeyini əks etdirir" (REAKSİYA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Eynulla Fətullayevin yazdığı yazı daha çox Rusiya sifarişi təsiri bağışlayır".

Bu sözləri Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, Eynulla Fətullayevin ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDİ) ünvanına yazdığı ittiham dolu yazısını Etatist.com-a şərh edərkən deyib. Ramin Hacılı hesab edir ki, E.Fətullayevin bu yazısı Rusiya və İranın Azərbaycandakı mövqeyini əks etdirir.

"Eynulla Fətullayevin son vaxtlar yazdığı yazılar və tutduğu mövqe məndə təəssüf hissi oyadır. Ona görə ki, onun mövqeyi daha çox Rusiyanın Azərbaycandakı mövqeyinin güclənməsinə xidmətdir. O cümlədən Avropada keçirdiyi fəaliyyətlər, İran və Rusiyanın Azərbaycandakı mövqeyini müdafiə etmək üçündür"- R.Hacılı belə deyib.

Ramin Hacılı Eynulla Fətullayevin çox qərəzli olduğunu və onun həbs edilən NİDA-çılar haqqında dediklərinin də həqiqətə uyğun olmadığını bildirib.

"Azərbaycanda NDİ-nin sıxışdırılması taktikası seçilib və bu sıxışdırılma Rusiyanın ardından baş verdi. Rusiyada NDİ sıxışdırıldı. Azərbaycanda da eyni xətt götürülüb və bu işin başında gələnin Eynulla Fətullayev olması məndə təəssüf hissi oyatdı. NDİ Azərbaycanda kifayət qədər açıq və şəffav fəaliyyət göstərir. Onun verdiyi qrantlar kifayət qədər balanslı şəkildə verilir. Müxalifət düşərgəsindən yalnız "OL" hərəkatına qrant verirsə, qrant üçün daha çox müraciət hakimiyyət düşərgəsindəndir. Belə bir məqamda NDİ-ın vurulması və bunları qeyd etməməsi, çox qərəzlidir"- AAH prezidenti vurğulayıb.

Ramin Hacılı Fətullayevin Aleks Qriqoryevs haqqında dediklərinə də toxunub: "Bundan başqa Eynulla Fətullayev Aleks Qriqoryevsin hansısa inqilabi proseslərdə iştirak etməsindən yazır. Bu tarixdir, A.Qriqoryevs SSRİ-yə qarşı meydan hərəkatından iştirak edib. Ona qalsa Azərbaycan əhalisi - həm Azərbaycanın hakimiyyətində təmsil olunan insanlar, həm müxalifətdə təmsil olunan insanlar mitinqdə olublar, xalq hərəkatında olublar. Yəni Azərbaycanın müstəqilliyi üçün mübarizə aparıblar. A.Qriqoryev də Pribaltika ölkələrindəndir və orada SSRİ əleyhinə mitinqlərə qoşulub. Bu müqəddəs bir işdir. Əgər bu işi tutanlar inqilabçı hesab olunursa, onda Azərbaycan hakimiyyətində, parlamentində əyləşənlərin yarısı inqilabçıdır, çünki meydan hərəkatında iştirak ediblər.
 
Bir daha bildirmək istəyirəm ki, bu yazı daha çox Rusiya sifarişi təsiri bağışlayır, Azərbaycanın Qərbə inteqrasiyasına kölgə salmaq mahiyyəti daşıyır, Qərblə Azərbaycanın münsibətlərinin korlanmasına və Azərbaycanda baş verən prosesləri Qərbin üstünə ataraq, xalqın heç bir problemi yoxdur görüntüsü yaratmağa xidmət edir. Bu da Azərbaycan xalqının maraqlarından irəli gələn mövqe deyil. Mən dostlardan xahiş edirəm ki, Azərbaycan xalqının maraqlarından çıxış etsinlər. Əgər bir ölkənin xalqı hakimiyyətindən razı olsa, heç bir qüvvə həmin xalqı heç bir şeyə təhrik edə bilməz. O cümlədən də kiçik bir qurum".

Qaynar.info