Xəbər lenti

"Google" pulsuz telefon paylayır! - FOTOLAR
Ekonomiks07:58 07.07.2014

"Google" pulsuz telefon paylayır! - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Google" "Project Ara" adı verdiyi yeni ağıllı telefonunu 100 nəfərə pulsuz paylayacaq.

Qaynar.info-nun xarici mətbuata istnadla verdiyi xəbərə görə, "Google"un yeni layihəsi olan "Project Ara" üzərində aparılan işlər gözlənildiyindən daha sürətli gedir.

Bu telefon çox rahatlıqla yığılan ayrı-ayrı hissələrdən ibarətdir. Telefonla bağlı hansısa yeniliklər olanda, daha onu bütünlüklə dəyişməyə ehtiyac olmayacaq. Lazımı hissəni dəyişmək yetərli olacaq. Artıq məhsulun ilkin versiyası test üçün hazırdır. "Google" test üçün müraciət edən 20 min şəxsin arasından 100 nəfəri seçərək, onlara yeni telefonu pulsuz verəcək.

Yeni məhsulu 2015-ci ilin fevral ayında bazara çıxaracaqlarını bildirən "Google" yetkililəri buna qədər test çalışmalarından ortaya çıxan nəticələri dəyərləndirəcəklərini və telefonu daha da təkmilləşdirəcəklərini açıqlayıblar.

"Project Ara" sayəsində istifadəçilər hər il yeni bir telefon almaq zorunda qalmayacaq, yalnız ehtiyac duyduqları modulları dəyişməklə, xərclərinə xeyli qənaət edə bilərlər.

Qaynar.info