Xəbər lenti

"Google"un sehirli eynəyi oğurlandı
Ekonomiks07:44 04.05.2013

"Google"un sehirli eynəyi oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın böyük maraqla gözlədiyi "Google glass" hakerlər tərəfindən hücuma məruz qalıb. 

Qaynar.info-nun məlumatına görə, gələn ildən bazara çıxarılması gözlənilən eynəyin Explorer əməliyyat sistemini ələ keçirən hakerlər yeni alətin artıq təhlükəsiz olmadığını, eynəkdəki qeydlərin internetdə yayılacağını söyləyiblər. 

Eynəyin əməliyyat sistemini ələ keçirdiyini Twitter hesabından yayımlayan haker Cey Friman "Bu əməliyyat sisteminə sahib olan şəxs bütün həyatınızı görə bilər" deyib. 

Proqramçılar da eynəyin hücuma məruz qaldığı təqdirdə sahibinin bütün həyatının izlənilə biləcəyini, gizli şifrələrinin ələ keçiriləcəyini təsdiqləyiblər. 

Qaynar.info