Xəbər lenti

"Hafiz Hacıyevin qeydə alınması xalqın üzünə tüpürməkdir”
Siyasət10:19 20.09.2013

"Hafiz Hacıyevin qeydə alınması xalqın üzünə tüpürməkdir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəmil Həsənli: “Hafiz Hacıyev üçün yığılan imzalar saxtadır"

Bu gün Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunda (RATİ) Milli Şuradan prezidentliyə vahid namizəd Cəmil Həsənlinin mətbuat konfransı keçirilıb. Ans Press-in məlumatına görə, Cəmil Həsənli konfransında çıxış edərək İTV-dəki debatda yaranan qalmaqala münasibət bildirib. 

Onun sözlərinə görə, Hafiz Hacıyvin etdiyi hərəkətin gözlənilən olub: “Hafiz Hacıyev üçün yığılan imzalar saxtadır. Amma MSK İlqar Məmmədovun imzalarını saxta çıxardı. Hafiz Hacıyev kimi bir şəxsin namizəd kimi qeydə alınması bu xalqın üzünə tüpürməkdir”.

Ümumiyyətlə, debatın çox pis təşkil olunduğunu deyən C. Həsənli İTV-nin dünən baş verən hadisə ilə bağlı bəyanatını məntiqsiz adlandırıb. Namizəd həmçinin vurğulayıb ki, orada bütün Azərbaycan xalqının təhqir olunmasına baxmayaraq İTV -nin bütün günahları onun üstünə yıxdığını bildirib.

Qaynar.info