Xəbər lenti

"Hakimiyyətlər münaqişənin həllində maraqlı deyillər" -Amerika rəsmisi
Siyasət10:42 26.08.2016

"Hakimiyyətlər münaqişənin həllində maraqlı deyillər" -Amerika rəsmisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Birləşmiş Ştatları Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etməyə hazırdır, lakin birinci addımı tərəflər özləri atmalıdırlar. 

Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin təmsilçisi Deniel Frid deyib.

"Onlar özləri müəyyən etməlidirlər ki, nə istəyirlər. Əgər sülh istıyirlərsə, Birləşmiş Ştatlar köməyə hazırdır".

Frid hesab edir ki, Qarabağ münaqişəsinə cəlb olunmuş dövlətlərin hakimiyyətləri problemin həllində kifayət qədər maraqlı görünmürlər: "Problem bundadır ki, hakimiyyətlər özlərini münaqişənin mövcudluğu şəraitində komfortlu hiss edirlər və uzaq prespektivi deyil, yaxını düşünürlər".

Qızılgül
Qaynarinfo