Xəbər lenti

"Heç bir yerimlə bağlı kompleksim yoxdu" - FOTOLAR
Maqazin13:54 08.06.2016

"Heç bir yerimlə bağlı kompleksim yoxdu" - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış gənc aktrisa Pərvin Abıyeva big.az-ın kamerasına tuş gəlib. Açıqlama verən cazibədar aktrisa bədən quruluşunu formada saxlama sirrlərini bölüşüb: 
"Tipik Azərbaycan qadınları kimi orqanizmim kökəlməyə meyllidir. Ona görə də həmişə dieta saxlamağa məcburam. 3 gün, gündə 3 dəfə hamı kimi normal qidalansam, mütləq kökələrəm. Ona görə yediyimə diqqət edirəm və müntəzəm olaraq, həftənin 3 günü, 3 saat idmanla məşğul oluram".
P.Abıyeva heç vaxt estetik əməliyyat etdirmədiyini də açıqlayıb: "Mənim estetik əməliyyata ehtiyacım yoxdur. Heç bir yerimlə bağlı kompleksim yoxdur. Amma gələcək də fikrimi dəyişə də bilərəm. Lazım olsa, edərəm. Estetik əməliyyata pis baxmıram".
Qaynarinfo.az