"Analitiklər neftin qiymətinin belə tez artacağını gözləmirdilər". Anspress-in məlumatına görə, bu barədə "The Wall Street Journal" yazır.
Belə ki, aprel ayı bu il üçün neftin qiymətinin ən yaxşı olduğu ay olub. Qiymət bir çox analitik və sərmayəçilərin proqnozlarından daha sürətlə artıb.
Qəzet bunu bir neçə səbəblə izah edir. ABŞ-da neft istehsalının aşağı düşməsi, neft şirkətlərinin xərclərin azaldılması və bütün dünyada neft sənayesi ilə məşğul olan bəzi şirkətlərin işini dayandırılması bazarda bir daha bolluğun olmayacağı barədə ümidləri də artırıb. Ayın sonunda bir qədər azalmasına baxmayaraq, Brent Markalı neftin qiyməti ümumilikdə 20% artıb.
"Bəzi analitiklər gələn ilə qədər qiymətlərdə artımın olacağını gözləmirdilər. Skeptiklər isə tezliklə onların yenidən enməsi barədə danışırlar. Bununla belə, qiymətlərə, hətta, Dohada neft üzrə hasilat barədə uğursuz danışıqlar da mənfi təsir etməyib", - deyə "The Wall Street Journal" yazır.
Bundan başqa, "Financial Times" qəzeti neftin rekord qiymət artımının əsas səbəbləri sırasında Amerika dollarının zəifləməsini görür. Mənbənin məlumatına görə, bunun sayəsində qara qızılın qiyməti digər ölkələrin valyutası qarşısında ucuzlaşmışdı.
Qəzetin məlumatına görə, investrolar son 25 il ərzində OPEK üzvü olmayan ölkələrdən neft təhcizatının azaldılmasına hazırlaşırlar. Onların fikrincə, bu, bazarda vəziyyəti stabilləşdirəcək, tələb-təklif arasında balans yaradacaq.
Qaynarinfo.az