Xəbər lenti

"İbrahimbəyovun əli ilə müxalifəti bir yerə yığıb qapısını bağladı"
Siyasət11:14 30.08.2013

"İbrahimbəyovun əli ilə müxalifəti bir yerə yığıb qapısını bağladı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cümşüd Nuriyev: "Milli Şuranın Rusiya texnoloqları tərəfindən hazırlandığına görə bunu həmçinin Azərbaycan hakimiyyətinin layihəsi də adlandırmaq olar"

Son zamanlar əvvəllər Rusiya layihəsi olaraq təqdim olunan Milli Şuranın artıq Qərb tərəfindən idarə olunmasına dair məlumatlar yayılıb. Rusiya öz layihəsini nə üçün yarıda qoydu? Hazırki durumda Qərb Azərbaycanda hakimiyyət dəyişikliynin olmasını isətəyirmi?

Suallara aydınlıq gətirmək üçün politoloq Cümşüd Nuriyevlə Milli Şuranın hazırki durumunu müzakirə etdik. 

Politoloq bildirdi ki, hazırda müxalifət özünü çox gülünc bir vəziyyətə salıb: "Dünən deyilən fikri bu gün təsdiqləmirlər, əksinə fikir söyləyirlər. Rüstəm İbrahimbəyov meydana çıxdığı ilk zamandan bir-birini təkzib edən bəyanatlarla çıxış edib. Milli Şuranin mayası da qarşiliqli ittihamlardan və bir birini təkzib edən bəyanatlardan yoğrulub.

Əvvəl dedilər ki, bu Rusiyanin layihəsidi. Cəmil Həsənli namizədliyini irəli surəndən sonra dedilər Rusiyanın layihəsi deyil. İndi də deyirlər ki, bu Rusiyanın layihəsi olmaqdan çıxıb Qərbin layihəsi olmağa başlayıb. Əvvəl dediklərini indi inkar etməklə məşğuldurlar.

Milli Şura ideyası tamamilə Rusiyanın layihəsi idi. Putin Bakıya gələndən sonra Milli Şura Rusiyanın layihəsi olmaqdan ona görə çıxdı ki, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişi, Misirdə Mursinin yenidən hakimiyyətinə gəlişinə bərabər bir şey idi. Yəni indiki Milli Şuranın 1992- ci ildə hakimiyyətə gəlmiş AXCP dən heç bir fərqi olmayacaqdı və Azərbaycan yeni bir bəlaya sürüklənəcəkdi. Onlar da bunu çox gözəl başa düşürdülər. Həm də məlum idi ki, Rüstəm İbrahimbəyovun Rusiyada və Amerikanın Kaliforniya ştatında mülkləri var, əmlak vergisi ilə bağlı ohdəlikləri və digər məsələlər mövcuddur. Buna görə də Rusiya bu layihədən geri çəkildi, daha doğrusu, layihəni buraxdı.

Belə olan təqdirdə Cəmil Həsənlini ona görə gündəmə gətirdilər ki, Əli Kərimli və İsa Qəmbərin önə çıxmasını istəmədilər. İsa Qəmbər də seçkini uduzacağını gördüyünə görə revanşa getmək istəmədi. Əslində İsa Qəmbər bu məsələdən qalib kimi ayrıldı və növbəti dəfə özlərinin tükənmiş limitini bərpa etdi.

Qərbin burada marağı onunla izah oluna bilər ki, bu bölgə Qərb politoloqlarına öz siyasi sınağı ücün lazımdır. Azərbaycanda "Ərəb baharı", "Sarı gül", "Qırmızı gül" və s. inqilab və çevrilişləri mümkünsüzdür. Buna görə də yeni bir texnalogiya hazırlamaq istəyirlər.

Cəmil Həsənli də bu işdə təsadüfi seçilməyib. Cəmil müəllim çox gözəl araşdırıcı tarixçidir və Azərbaycanın 1918- 20 -ci illərdə və həmçinin 1990-cı illərdə buraxdığı səhfləri cox yaxşı bilir. Elə fikirləşirlər ki, Cəmil Həsənlinin biliyi ilə bu layihədə nə isə əldə edəcəklər. Cəmil Həsənlini bu layihəyə gətirənlər onu göylərə qaldırmaq istəyirlər. Amma Cəmil müəllimin bir azdan onu göyə qaldıranlar tərəfindən yerə buraxacağından xəbəri yoxdur. Sonunda Azərbaycan xalqı itki verəcək, tarix elmi çox gözəl bir alimini itirəcək.

Hazırki durumda müxalifət liderlərinin seçkidən qaçması onların zəif olması ilə bağlıdır. Burda yeganə bir şey var ki, İsa Qəmbər 2003 cü il hadisələrinin təkrar olunmasından ehtiyat elədi. İsa Qəmbər ağıllı siyasətçidir və bir o qədər də hiyləgərdi. Əli Kərimlinin də heç bir şansı olmadığina görə onların içində yeganə Rəsul Quliyev düzgün bəyan elədi ki, Cəmil Həsənli 0.2-0.5 % səs toplayacaq. Çünki onun da gücünü bilir, indiki iqtidarın da.

Milli Şuranın Rusiya texnoloqları tərəfindən hazırlandığına görə bunu həmçinin Azərbaycan hakimiyyətinin layihəsi də adlandırmaq olar. Əslində Azərbaycan iqtidarı Rüstəm İbrahimbəyovun əli ilə müxalifəti bir məkana, stadiona topladı və qapısını bağladı. Cəmil Həsənlinin də seçilməsi də bilavasitə Rusiya texnoloqlarının layihəsi idi, çünki İsa Qəmbər və Əli Kərimliyə baxanda Cəmil Həsənli ən liberal namizəddir. Həm alimdir, həm də taniyirlar ki bu kimdir. Kifayət qədər də xarizması yoxdur. Yeni çağda Cəmil Həsənli yeni Elçibəy ola bilər, bir az da kobud götürsək Əbürrəhman Vəzirov. Başqa bir şey görmürəm./pia.az/