Xəbər lenti

"İctimai Palata təcili toplansın"
Siyasət20:00 05.08.2013

"İctimai Palata təcili toplansın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai Palatanın Koordinasiya Şurasının bir qrup üzvü təşəbbüslə çıxış edib. 

Xalq Partiyasının sədri Pənah Hüseyinin də daxil olduğu həmin qrup İP KŞ-nin dönəm sədri İsa Qəmbərdən tələb edirlər ki, qurumun təcili iclası çağırılsın. Bu barədə musavat.com-a İP rəhbərlərindən biri məlumat verib. O, deyib ki, təşəbbüsçülər Milli Şura formatında baş verən son hadisələrdən və bütövlükdə qarşıdakı prezident seçkilərinin taleyindən dərin narahatlıq keçirir. Təşəbbüsçülər hesab edirlər ki, İP-i təmsilən Milli Şuranın qurulmasında iştirak edən siyasi liderlərin ciddi yanlışlığı nəticəsində demokratik düşərgənin maraqları zərbə altına düşmüşdür. Bu səbəbdən  də uzun müddətdir yığışmayan İP KŞ-nin, daha sonra isə qurumun sessiyasının çağırılması zərurəti yaranıb, deyə mənbəmiz vurğulayır.

Qaynar.info