"İdman Azərbaycan"ın 8 şərhçisi "İctimai TV"də (İTV) işləyəcək.
Qaynarinfo.az xəbər verir ki, bunlar Tural Məmmədli, Tərlan Şahinoğlu, Ramiz Mirzəzadə, İsmayıl Abdullayev, Fərid Ramazanov, Rəşad Rafiqoğlu, Siyavuş Əliyev və Nurlan Hacıyevdir.
Lakin bu iş müvəqqəti olacaq. Belə ki, 10 iyun - 10 iyul tarixləri aralığında Fransada keçiriləcək Avropa çempionatı boyu bu 8 nəfər İTV-nin Azərbaycanda yayım hüququna yiyələndiyi 23 oyunda şərhçilik edəcək.
Qeyd edək ki, İTV-də idman şərhçisinin azlığı səbəbindən bu telekanalın rəhbərliyi Az.TV ilə bu barədə razılığa gəlib.
Onu da bildirək ki, qonşu Rusiyada bu praktikadan yararlanırlar. "NTV-Plyus" telekanalınıın əməkdaşlarının "Rossiya" və ORT telekanallarında şərhçilik etməsi faktları mövcuddur.
Qaynarinfo.az