Xəbər lenti

"İlham Əliyev Berlinə səfərini təxirə salmalıdır" - Şərh
Siyasət11:38 02.06.2016

"İlham Əliyev Berlinə səfərini təxirə salmalıdır" - Şərh

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Almaniya “erməni soyqrımını” tanıya biləcək sonuncu ölkə olmalıydı". 

Qaynarinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Almaniya Bundestaqının “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnaməni qəbul etməsinə münasibt bildirərkən deyib.

Elxan Şahinoğlu

Elxan Şahinoğlunun sözlərinə görə, Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi: "Nəticədə Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir. Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi. İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən Berlin bu lobbinin təsiri ilə “qətnaməni” qəbul edib. Digər tərəfdən Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar".

Elxan Şahinoğlu sual edir ki, bəs Almaniya “soyqırım” qətnaməsini indi niyə qəbul etdi? : "Axı bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar. Almaniyanın bu hərəkəti ATƏT-in hazırki sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də gölgə salacaq.

Almaniya Bundestaqı

Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi. Belə bir vəziyyətdə fikrimcə, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün sonra Berlinə planlaşdırdığı səfəri təxirə salmalıdır".

Exan Şahinoğlu

Qaynarifno.az