Xəbər lenti

"İnter Arena"da futbolçular meydana "əsgərlər"lə çıxdılar - FOTOLAR
İdman14:08 09.04.2016

"İnter Arena"da futbolçular meydana "əsgərlər"lə çıxdılar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində "İnter" - AZAL görüşü keçirilib.

Qaynar.info xəbər verir ki, "İnter Arena"da keçirilən bu görüşdən əvvəl futbolçular meydana əsgər formalarında olan uşaqlarla və "Şəhidlər ölməz, vətən bölünməz" pankardı ilə çıxıblar.

Oyundan öncə şəhidlər 1 dəqiqəlik sükutla yad edilib. Maraqlıdır ki, görüşdə yeganə qolu da şəhid oğlu vurub. Belə ki, I Qarabağ müharibəsində şəhid olmuş Ərşad Nadirovun oğlu Vüqarın 64-cü dəqiqədə vurduğu qol "İnter"ə qələbə qazandırıb. Vüqar Nadirov qol sevincini əsgər salamı etməklə qeyd edib.

Qaynar.info