Hər il istifadəçilərini yeni modeli ilə sevindirən "Apple"nin illər öncə istehsal etdiyi telefonlarından biri bahalaşıb.
Qayanrinfo.Az istipress-ə istinadən xəbər verir ki, söhbət "iPhone 4"dən gedir. eBay-dan satışa çıxarılan telefonun qiyməti dodaq uçuqladır.
"iPhone 4" üçün sahibi 150 min dollar tələb edir. Bəs illər öncənin istehsalı olan və hazırda ən son modeli "iPhone 7"ni satışa çıxaran "Apple" məhsulu niyə belə bahadır?
Bu telefonun arxasında 'Steve Jobs 1955-2011' yazılıb. Yazı klassik dişlənmiş alma loqosunun altındadır. İstifadəçinin sözlərinə görə, telefon məhdud sayda istehsal edilib. Cəmi 56 ədəd. Lakin smartfonun saxta olması da istisna deyil.
Telefonların orijinal versiyası "Goldgenie" tərəfindən 2011-ci ildə istehsal olunub. Məhdud sayda istehsal edilən telefon 24 əyar qızılla örtülmüşdü.
150 min dollarlıq "iPhone 4"
Qaynarinfo.Az