Xəbər lenti

"İsrail Azərbaycan münasibətlərinin korlaşacağına inanmıram" - Əhəd Məmmədli
Siyasət11:40 25.08.2015

"İsrail Azərbaycan münasibətlərinin korlaşacağına inanmıram" - Əhəd Məmmədli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail dövlətinin terrorçuluqla mübarizə bürosu ölkədə payız aylarındakı tətil günləri zamanı əhalinin səfər etməkdən çəkinməli olduğu ölkələrin siyahısını açıqlayıb.

Qaynar.info xəbər verir ki, siyahıda Azərbaycanın da var. 

Maraqlıdır ki, İsrail ilə Azərbaycan hər zaman münasibətləri yaxşı səviyyədə olub. Bəs münasibətlərin bu cür yaxşı bir zamanında Azərbaycanın adının belə bir siyahıya əlavə edilməsi nədən qaynaqlanıb? 

Politoloq Əhəd Məmmədlinin sözlərinə görə, bir neçə il bundan əvvəl Azərbaycan yəhudilər üçün ən təhlükəsiz ölkələrdən sayılırdı:"Biz də əzəldən digər millətlərin konfesiyalar mənsublarına həmişə çox tolerant münasibət var idi indi də elədir.

İsrail isə özünə məhz Azərbaycan da təhlükəni yerli əhalidə yox İranda görür. İranında Azərbaycana təsiri var bu da əsasən şiəlik amilindən irəli gəlir. Onu da nəzərə alsaq ki, İranla Qərb arasında istiləşmə münasibətləri gedir və buna İsrailin qısqanclıqı görünür, yəhudi ölkəsinin siyahısına Azərbaycanında salınması artıq o qədərdə təəcüblü görsənmir."

Əhəd Məmmədli həmçinin qeyd edib ki, İsrail dövlətinin yaydığı bu məlumatdan sonra Azərbaycan höküməti ilə aralarında heç bir soyuqlaşma olmayacaq:" Məlum sənəddən sonra İsraillə münasibətlərdə hansısa problemlərin yaşanmasını düşünmürəm. Azərbaycan iqtidarı İrana və kağız üstündə siyahllara görə heç vaxt sıx əlaqədə olduğu yəhudi dövləti ilə münasibətləri korlamaz."

Qaynar.info