Xəbər lenti

"İstəmirlər də gəlib problem yaratsınlar" - Zərdüşt Əlizadə
Siyasət09:27 15.01.2014

"İstəmirlər də gəlib problem yaratsınlar" - Zərdüşt Əlizadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bizim iqtisadi, siyasi maraqlarımız Rusiyadan tamamilə fərqlənir"

Bunu Qaynar.info-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya baş nazirinin müavini Dmitri Kozakın miqrantların axınını azaltmaq üçün viza rejiminin tətbiq edilməsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

Zərdüşt Əlizadə bildirib ki, bir vaxtlar Azərbaycanla Rusiya eyni dövlətin tərkibində olsalar da, indi hər biri müstəqil ölkədir: "Bizim iqtisadi, siyasi maraqlarımız Rusiyada fərqlənir, bir sözlə, artıq özgələşmişik. İndi bu özgələşməni rəsmiləşdirmək üçün viza təqib etməyi düşünürlər. Bu onların hüququdur, işləri avand olsun. Onlar müstəqil dövlətdir, biz də müstəqil ölkəyik. Bizim MDB ölkəri ilə viza rejimimiz yoxdur, amma qonşu ölkələr olan Türkiyə və İranla viza rejimimiz var. Onlar bizə bunu tətbiq etməyiblər, amma biz bunu onlara tətbiq etmişik. Onlarda buna ehtiyac yoxdur, amma bizim ölkənin milli maraqların bunu tələb edir. 

İndi də Rusiyanın milli maraqları bunu tələb edir ki, bizə viza tətbiq etsin. Burda ciddi bir şey yoxdur. O azərbaycanlılar ki, Rusiya vətəndaşlarıdır onlara bunun heç bir ziyanı yoxdur. Rusiya vətəndaşı olmayan azərbaycanlılar isə əziyyət çəksinlər, necə başqa ölkələr gedəndə viza alırlarsa, Rusiyaya gedən viza alsınlar". 

"Rusiyanın viza məsələsini ortaya atması Azərbaycanın Gömrük İttifaqına qoşulması məsələsini uzatması ilə bağlı ola bilərmi" sualına isə politoloq belə cavab verib: "Bunlar ayrı-ayrı məsələlərdir. Məsələ miqrant axınındadır. İsəmirlər də kütləvi sürətdə insanlar gəlib ölkədə problem yaratsınlar. Siz istəyərsiniz yüz min pakistanlı bir ayda bizim ölkəyə gəlsin? Əlbəttə, yox. Onlar da istəmirlər. Rahat yaşamaq hər bir ölkənin hüququdur".

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Dmitri Kozak mətbuata açıqlamasında miqrant axını olan bəzi ölkələrlə viza rejimi tətbiq edilməlməsi tələbi ilə çıxış edib: "Çünki dünyada ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi müxtəlifdir. Əgər biz miqrasiya axınlarını viza rejimi ilə tənzimləməsək, ölkəmizi millətlərarası münaqişələrdən qoruya bilmərik".

Elkin Xəlilov 

Qaynar.info