Xəbər lenti

"İtkin düşən" azərbaycanlı müğənnidən xəbər var - FOTOLAR
Maqazin20:20 02.09.2016

"İtkin düşən" azərbaycanlı müğənnidən xəbər var - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün öncə xəbər vermişdik ki, estrada müğənnisi Sevinc Ağaşirinovanın itkin düşməsi barədə xəbər yayılmışdı. Onun heç bir mobil nömrəsinə zəng çatmır, hətta ailəsi ilə əlaqə saxlamaq da mümkün deyil. Müğənninin prodüseri Sevincin toya getmədiyini, daha müğənillik etmədiyini bildirmişdi.
Sevinc ötən gün primetime.az-ın redaksiyasına müraciət edərək, harada olduğu haqda məlumat verib. Müğənni bir neçə aydır ki, oğlu və anası ilə birgə Ukraynanın Kiyev şəhərində yaşayır. O, sənəti ilə vidalaşdığını, bu sahədən heç bir xeyir gəlmədiyini vurğulayıb. 
Bundan sonra S.Ağaşirinova yalnız təhsillə məşğul olacağını bildirirək, sosial həyatdan uzaqlaşmağı üstün tutduğunu deyib: "Azərbaycanda ən çox dostlarım üçün darıxıram. Çox çətin sahəyə hazırlaşıram. Bütün günü dərs oxumalıyam ki, gələcəyimi istədiyim kimi qura bilim. Hələ ki, təhsilim ilə məşğulam. Dekabr ayında qısamüddətli Bakıya gəlib, dostlarıma baş çəkəcəyəm. Ən çox onlar üçün darıxıram".
Qaynarinfo.Az