Xəbər lenti

"Kəpəz"in avrokuboklara qayıdışı bu formada olacaq - FOTOLAR
İdman12:59 27.06.2016

"Kəpəz"in avrokuboklara qayıdışı bu formada olacaq - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Azərbaycan üçün avrokuboklar mövsümü rəsmən start götürəcək.

Qaynarinfo.az xəbər verir ki, siftəni Gəncənin "Kəpəz" klubu Bakıda - Mərdəkanda edəcək. Bu komanda 16 illik fasilədən sonra "Dalğa Arena"da Moldovanın gümüş medalçısı "Daçiya" ilə görüşəcək.

Artıq klubun yeni mövsüm üçün oynayacağı futbolkalar da hazırdır. Komanda sabah Kişinyov klubu önünə göy formada çıxacaq. Ehtiyat forma isə sarı rəngdədir.

Qeyd edək ki, Avropa Liqasının ilk təsnifat mərhələsinin "Kəpəz" - "Daçiya" görüşü sabah saat 20:00-da başlayacaq.

Qaynarinfo.az