Xəbər lenti

"Ölüm üzlükləri" sökülən binalarda indi də balkon təhlükəsi yaranıb
Ölkə12:40 27.05.2015

"Ölüm üzlükləri" sökülən binalarda indi də balkon təhlükəsi yaranıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nobel prospekti, Zığ yolunda penoplastla üzlənmiş binada baş verən yanğından sonra aparılan təmir işlərinin gedişi sakinlərin ciddi narazılığına səbəb olub.
İnterpress.az-ın məlumatına görə, xüsusilə də ətrafdakı binalardan penoplastlar söküldükdən sonra balkonların bağlanması tapşırığının verilməsi sakinləri narazı salıb.
Sakinlərin sözlərinə görə, balkonlar hörülərkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Kərpiclə hörülən balkonların hörgüsündə sadəcə sementdən istifadə olunur ki, bu da onların gələcəkdə hansısa təkanda uça biləcəyi təhlükəsini yaradır.
Sakinlər bununla bağlı əlaqədar qurumlara müraciət etsələr də, hələlik şikayətləri ilə bağlı tədbir görülməyib.
Qaynar.info