
Son günlər neftin qiymətinin düşməsi fonunda Azərbaycanda yenidən dolların bahalaşması ətrafında yaranmış ajiotaja Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov aydınlıq gətirib.
Qaynar.info xəbər verir ki, Əli Həsənov ANS-ə açıqlamasında ajiotaja heç bir əsas olmadığını və manatın sabit qalacağını bildirib: “Hazırda Azərbaycan dövləti çalışır ki, vətəndaşın maraqları təmin olunsun. Milli Bankın və onun strukturunun maraqları təmin olunsun. Ona görə də düşünürəm ki ajiotaja ehtiyac yoxdu, nəinki bunu seçki ilə bağlamaq lazımdı. Ümumiyyətlə Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın, manat bizim milli simvolumuzdu. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki sabit qalsın”.