
1 oktyabr tarixindən "Maşın" şounun 15-ci, yubiley buraxılışı yayıma çıxacaq.
"Qaynarinfo" xəbər verir ki, bu məlumatı baku.ws-ə "M Group Production”ın baş prodüser Toğrul Məmmədov təsdiqləyib.
"Bu realiti şou Azərbaycan teleməkanında nəinki ən uzunömürlü, həm də ən reytinqli yarışmadır. "Maşın şou" Azərbaycan tamaşaçısını Türkiyə, Rusiya kanallarından ayırıb yerli kanallara bağlayan ən maraqlı layihədir. "Maşın" şou yeganə milli layihədir ki, yaxın vaxtlarda digər ölkələrin telekanallarında da yayımlanacaq", - deyə o, bildirib.
Layihənin təşkilatları əmin edir ki, "Maşın şou"nun bu dəfəki məzmunu əvvəlkilərdən tam fərqli olacaq. Artıq çəkiliş meydançasında möhtəşəm işlərə start verilib. Bu dəfəki layihədə avtomobil ətrafında 18 yerli ən məşhur şou-biznes nümayəndələri, idmançılar, aktyorlar və tele-aparıcılar maşın uğrunda mübarizə aparacaq.
Qaynarinfo.Az