Xəbər lenti

"Məhkəmə İlqar Məmmədovla bağlı qəribə qərar verdi" - AÇIQLAMA
Siyasət10:31 18.09.2013

"Məhkəmə İlqar Məmmədovla bağlı qəribə qərar verdi" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün REAL hərəkatının lideri İlqar Məmmədovun Bakı Apellyasiya Məhkəməsinə şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Qaynar.info-ya REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli məlumat verib. 

N. Cəfərlinin dediyinə görə, məhkəmə İlqar Məmmədovla bağlı "qəribə" qərar verib: "Məhkəmə nə İlqar Məmmədovun, nə də MSK-nın xeyrinə qərar verdi. Məhkəmə qərar verdi ki, MSK tərəfindən saxta elan olunmuş imzalar ekspertiza tərəfindən yenidən yoxlanılsın. Ancaq bu yoxlama ilə bağlı icraçıların üzərinə konkret vaxt qoymadı. Artıq seçkilərlə bağlı təbliğat işləri başlayıb. Ona görə də vaxt darlığı var. Belə olan halda məhkəmənin qərarını heç cür anlamaq olmur".

Xatırladaq ki, MSK İ.Məmmədovun namizədliyi ilə bağlı MSK-ya təqdim olunan imzaların bir qismini saxta elan edərək onun namizədliyini qeydə almayıb.

Qaynar.info