Xəbər lenti

"Mərkəzi Bank əlacsızlıqdan manatın devalvasiyasına getdi"
Ekonomiks18:16 12.04.2015

"Mərkəzi Bank əlacsızlıqdan manatın devalvasiyasına getdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hesab edirəm ki, Mərkəzi Bank əlacsızlıqdan bu addıma getdi. Prezident, Mərkəzi Bank rəhbərliyi devalvasiyaya qədər manatın dollara nisbətən güclü olmasını müsbət hal kimi dəyərləndirirdi, manatın ucuzlaşacağına heç bir əsas görmədiklərini deyirdilər". Qaynar.info xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev Azadlıq Radiosuna müsahibəsində deyib.
Ekspert manatın MDB məkanında Rusiya və Ukraynadan sonra ən çox ucuzlaşan valyuta olduğunu bildirib: "Mərkəzi Bank rəhbərinin çıxışından qısa müddət sonra manatın yüksək faizlə devalvasiyaya uğraması onu göstərir ki, hökumət buna hazır deyildi, daha çox fors-major halda atılan addım idi. Bundan başqa, hökumət deyir ki, MDB-də milli valyutanın dollara nisbətdə ən az faizlə ucuzlaşması Azərbaycandadır. Bu fikirlə razı deyiləm, çünki Rusiya rublu sanksiyalar, Ukrayna qrivnası müharibə ucbatından dəyərini itirir. İki dövləti nəzərə almasaq, MDB məkanında milli valyutası dollara nisbətən çox ucuzlaşan ölkə Azərbaycandır. Qazaxıstan və Türkmənistanda dollara nisbətdə yerli valyuta 20 faiz ucuzlaşıb, Gürcüstanda o qədər də güclü ucuzlaşma baş verməyib. Zənnimcə, 34 faiz kiçik rəqəm deyil, manat dollara nisbətdə məhz bu qədər ucuzlaşıb. Hesab edirəm ki, manatın belə qəfil devalvasiyasının səbəbi hökumətin düzgün addım atmamasında oldu. Hökumətdə koordinasiya olmadı, çaşqın vəziyyət yarandı və bilərəkdən-bilməyərəkdən çaşqınlığın qarşısını almadı. Nəticədə böyük həcmdə dollar alındı və Mərkəzi Bankın valyuta ehtiyatlarına ağır zərbə dəydi. Manat uzunmüddətli sabitlikdən sonra devalvasiyaya getdi".
Qaynar.info