Xəbər lenti

"Məşhur mağaza mənə 4000 manatlıq kostyum hədiyyə etdi" - Samiraldo
Maqazin07:32 14.09.2016

"Məşhur mağaza mənə 4000 manatlıq kostyum hədiyyə etdi" - Samiraldo

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son dövrlər ən çox gündəmdə olan stilistlərdən biri hamının Samiraldo kimi tanıdığı Samir Əliyevdir. Həm işi, həm çıxışları, qarışdığı qalmaqallarla gündəmə gələn stilistin açıqlamaları maraqla qarşılanır. Biz də onunla söhbətləşib, bir neçə suala cavab aldıq.

- İndi hər makiaj edən, saç düzəldən özünə stilist deyir. Buna münasibətiniz necədir?

- Mən özmə heç vaxt stilist demirəm. Çünki buna ehtiyacım yoxdur. Hamı mənim işimi görür və buna bələddir. Bu işin məktəbini oxumuşam. Bu Allah vergisidir. İnsanın yaradılışında olmalıdır. Hamı təbii ki, stilist ola bilməz.

- Sizə reklam üçün tez-tez hədiyyələr göndərirlər. Ən bahalı və bəyəndiyiniz hədiyyə olubmu?

- Əlbəttə mənə hədiyyələr çox gəlir. Çox bahalı hədiyyəm də olub. Ancaq onu hələ heç kimə göstərməmişəm. 

- Moda məktəbi açmaq fikriniz varmı?

- Bunun üçün hələ imkanım yoxdur. Düşünürəm ki, yaxın zamanda da bunu öz gücümə edə bilmərəm. Belə təklif olsa, dəyərləndirəm. Allahdan nəyi çox istəyirəm, həmin arzum həyata keçir. Ürəkdən istəsəm, bu istək reallaşır. Ona görə, hər zaman ilk nöbədə Allahdan sağlamlıq və mənə qarşı olan bu sevginin daim olamasını istəmişəm. 

- Bir neçə gün əvvəl Nura Suri yerli məhşurları 20-30 manatlıq saxta əşyaları pulsuz reklam etdiklərinə görə qınamışdı. Siz də reklamla məşğul olan məhşurlardansınız. Bu fikirə münasibətiniz necədir? 

- Mən 20-30 manatlıq heç nəyi reklam etmirəm. Buna ehtiyacım da yoxdur. Sadəcə mənə göndərilən hədiyyələri qəbul edirəm və kimin göndərdiyini hər zaman açıqlayıram. Bu reklam sayılmır. Hədiyyə əvəzində təşəkkür hesab olunur. Mən belə reklamdan pul qazanmıram. Açılışlardan qazanıram. Bu Samiraldonun həyatıdır. Kimsənin buna qarışmağa hüququ yoxdur. Mənə daş atanlara kubik atmağa gücüm var. Sonuncu dəfə məhşur brend mağaza mənə 4000 manat dəyərində kastyum göndərdi. Çünki onlar məni o geyimdə görmək istədi və mən də hədiyyəni qəbul edib sevə-sevə geyindim. Həmin mağzanın reklama ehtiyacı yoxdur. Kifayət qədər brenddir".

Zümrüd

Qaynarinfo.Az