Xəbər lenti

"Milli Şurada elələri var ki, iqtidarın qalmasında maraqlıdırlar" -İTTİHAM
Siyasət13:18 10.09.2013

"Milli Şurada elələri var ki, iqtidarın qalmasında maraqlıdırlar" -İTTİHAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qüdrət Həsənquliyev: "Cəmil Həsənli çox hörmətsiz formada, artıq iflasa uğramış bir Rusiya layihəsinin təmsilçisi kimi seçkiyə qatılıb"

"Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsi önə çıxarılan zaman, yaşlı olduğu nəzərə alınaraq, iki il müddətinə keçid hökumətinə rəhbərlik edəcəyini dedilər. Rüstəm İbrahimbəyova bu şərtlər olan sənəd də imzalatdırdılar". Qaynar.info-nun məlumatına görə, bunu APA-ya müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Rüstəm İbrahimbəyova aid edilən şərtlər Cəmil Həsənliyə də tətbiq olundu: "Azərbaycan xalqı bunları necə qəbul edə bilər? Axı, Cəmil Həsənli xalq hərəkatında fəaliyyət göstərib, iki dəfə deputat seçilib, Əbülfəz Elçibəyin müavini vəzifəsində işləyib. Belə bir adama da 74 yaşlı Rüstəm İbrahimbəyova tətbiq olunan şərtləri imzalatdırdılar. Təəssüf ki, Cəmil Həsənli də bununla razılaşdı. Məsələyə başqa prizmadan baxaq. Tutaq ki, Cəmil Həsənli seçkilərdə qalib gəlib və Azərbaycan xalqı da haqlı olaraq soruşur ki, onun iki il ərzindəki xarici siyasət kursun nədən ibarət olacaq? Yeri gəlmişkən, vaxtilə Rüstəm İbrahimbəyov Milli Şuranın konsepsiyasında xarici siyasətlə bağlı müddəanın olmasına imkan verməmişdi. Bu da Rusiyanın maraqları naminə atılmış addım idi. Cəmil Həsənli qalib gələcəyi təqdirdə Lalə Şövkət, Rəsul Quliyev, İsa Qəmbər və Əli Kərimlidən ibarət koalisiya qurulmalıdır. Bunların da bir-birinə olan münasibəti hamıya aydındır. Bunların qurduğu hökumətdə hərəsi bir dövlət vəzifəsi tutarsa, ölkədə vəziyyətin necə olacağını göz önünə gətirmək olarmı? Əslində Cəmil Həsənlinin prezidentliyə namizədliyi ölkəni qeyri-müəyyənliyə, xaosa aparan namizədlikdir. Bu şəxsi İctimai Palatanın vahid namizədi kimi irəli sürsəydilər, əminəm ki, daha çox səs qazandıra bilərdi. İctimai Palata növbəti mərhələyə keçə bilərdi. Amma bunların heç biri olmadı və Cəmil Həsənli çox hörmətsiz formada, artıq iflasa uğramış bir Rusiya layihəsinin təmsilçisi kimi seçkiyə qatılıb. Ona rəğbəti olan adamlar da Cəmil Həsənliyə səs verməyəcəklər. Ona görə ki, nə baş verdiyi ictimaiyyətə aydın olub. Belə demək mümkünsə, Milli Şura “düşmən fərdlərin”  koalisiyasıdır. Bundan başqa, Milli Şura üzvlərinin böyük hissəsi iqtidardan çox bir-birilərinə nifrət edirlər. Milli Şura üzvlərinin içində elələri var ki, onlardan birinin hakimiyyətinə gəlməsindən çox, iqtidarın qalmasında maraqlıdırlar.

Partiya sədri qeyd edib ki, Milli Şuranı ciddi alternativ hesab etmir: "Seçkilərdə əsas alternativimiz hakimiyyət olacaq. Seçkidə strateji məqsədimiz qələbədir. Minimal isə iqtidarın siyasətinə təsir etmək gücündə olan güclü müxalifət kimi çıxmaqdır. Hesab edirəm ki, bu məqsədlərdən birinə nail olacağıq. Çünki indiyə qədər heç bir partiya bizim kimi ortaya aydın konsepsiya qoymayıb".

Qaynar.info