Xəbər lenti

"Morninqstar Vaşinqtondan təlimat alıb" - Elxan Şahinoğlu
Siyasət10:35 18.05.2014

"Morninqstar Vaşinqtondan təlimat alıb" - Elxan Şahinoğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Riçard Morninqstar əvvəlcədən də bilməmiş deyildi ki, onun açıqlamaları hansı reaksiyaya səbəb olacaq". 

Musavat.com-un məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu özünün "facebook" səhifəsində bölüşüb.

Politoloqun ehtimalına görə, ehtiyatlı diplomat olan R.Morninqstar hansı mesajları Azərbaycan cəmiyyətinə ötürəcəyinə dair xüsusi təlimatları məhz Vaşinqtondan alıb:

"ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar suyu üfürə-üfürə içən diplomatlardandır. Özünün də dediyi Azərbaycan prezidenti ilə az qala 20 illik şəxsi münasibətləri var. Ona görə də, səfirin "Azadlıq" radiosuna müsahibə qərarı ölçülüb-biçilmiş addımdır, əks halda oturduğu yerdə rəsmi Bakı ilə münasibətləri korlamaq istəməzdi. Çünki əvvəlcədən də bilməmiş deyildi ki, onun açıqlamaları hansı reaksiyaya səbəb olacaq. Görünür, Morninqstar hansı mesajları Azərbaycan cəmiyyətinə ötürəcəyinə dair xüsusi təlimatları Vaşinqtondan alıb".

Qaynar.info