Xəbər lenti

"Mübarizə simvolları və oğurlanan yüz milyonlar..." - Sahib Kərimli
Siyasət08:46 06.08.2016

"Mübarizə simvolları və oğurlanan yüz milyonlar..." - Sahib Kərimli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sahib Kərimli

Bir müddət öncə yazmışdım ki, hakimiyyət neft pullarını nə qədər korrupsiyaya uğradıbsa, vətəndaş cəmiyyəti qrantları ondan daha çox uğradıb. 

İqtisadçı Rövşən Ağayev fb-də yazıb ki, 1 milyon dollardan çox qrant almış adamlar əmlakı və sərvəti haqqında hesabat versinlər və bir neçə nəfər buna hazır olduğunu desə də, həmən ortaya "ictimai nüfuz" sahibləri girdi və müzakirəni dayandırmağa çalışdı.

Yox dayanmayacaq!

Məlumatlar var idi ki, ictimai sektor dediyimiz bəlli QHT, media qurumları və fərdlərin son 15 ildə aldıqları vəsaitlər yüzmilyonlarla ölçülür. Bəli, bəlkə də inandırıcı gəlməyə bilər, cibindəki metro kartında azalan keçiş sayından narahat olan, illərini mübarizəyə həsr edib heç bir nəticə əldə edə bilməyən ictimai fəallar, sıravi müxalifətçilər üçün tamamən inandırıcı deyil. Onların çox şeydən xəbəri yoxdur, gözüqara sevdalılardır. Bilməlidilər ki, onlara qəhrəman və vicdan nümunəsi kimi sırınan jurnalist, qht-şnik və siyasilərin bir çoxu, vətəndaş cəmiyyəti yaratmaq üçün, cəmiyyəti maarifləndirmək üçün ayrılan vəsaitləri oğurlayıblar. 

Söhbət yüzmilyonlardan gedir. 

Ölkədə rejimlə mübarizə aparıram adıyla hamını özünə borclu çıxaran bu adamlar, ölkə daxilindəki mərkəzlərlə və xarici donorlarla şərik olublar. 

Onlar, mübarizə simvolları kimi sırınıblar, zombilərin həyasızlığına arxayındılar. Onlar qorxmurlar, təminatlıdılar. Onlar hakimiyyətlə də anlaşıblar. Təqribən belə - sizin oğurladıqlarınız sizinki, bizim oğurladıqlarımız bizimki olsun. Əvəzində isə mübarizəni, ictimai-siyasi fəaliyyəti konserviləşdiriblər. Hakimiyyət bacarıqsız və reytinqsizdir deyə onları ifşa edə bilmir, beləcə anlaşıblar. Görünmür?

Şəxsən mənim kimsənin üzərinə getməklə bağlı kompleksim, fobiyam yoxdur. Ranqından, gücündən, ictimai nüfuzundan asılı olmayaraq. İnformasiyalar var ki, bəzi media qurumlarına, seçki proseslərinə, siyasi məhbuslara görə alınan qrantlar milyonlarla ölçülür. Sosial şəbəkələrdəki söz atmacaları, bir çoxlarının narahatçılıqları, bir çoxlarının yumuşalması, bir çoxlarının qaçması, bir çoxlarının susması əsas verir ki, bu faktların üzərinə gedək. Mən hazıram, saxta qəhrəmanları bitirməyin, əzbərləri də pozmağın zamanıdır. Amma bunu daha dəqiq bilgilərə və faktlara malik olduqdan sonra başlamaq gərəkdir.

Kimin bu məsələyə həssasiyyəti varsa, bilgilərini bizimlə paylaşsın. Açıq yaza bilmirsə, ondan da istifadə etmişlərsə, münasibətlərin pozmaq istəmirsə, anonim adla mesaj yazsın. Bu araşdırmaya kömək edən hər kəsin anonimliyi qorunacaq. Başqa məsələdir ki, kimlərsə qorxmadan açıq dəstək verəcək. Bütün hallarda vicdanlı və aldadılmış adamlar susmamalıdır.

Qaynarinfo.Az

Qeyd: Yazı Sahib Kərimlinin Facebook profilindən götürülüb