"Qanunverciliyə görə, Bakı Şəhər İcra Hakimiyyəti mitinq təyin olunan vaxta 3 iş günü qalmış müraciətə cavab verməlidir. Buna görə ən geci sabah Milli Şuranın mitinq müraciətinə cavab veriləcəyini gözləyirik".
Bunu Qaynar.info-ya açıqlamasında Milli Şuranın 15 dekabr tarixində təyin etdiyi mitinqlə bağlı Bakı ŞİH-nə ünvanlanmış müraciətə cavab verilib-verilməməsi ilə bağlı sualın cavabında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı deyib.
T. Abbaslı bildirib ki, əgər sabah da cavab verilməsə, onlar özləri Bakı ŞİH ilə əlaqə saxlayacaqlar: "Cavab verilməməsi üçün heç bir məntiqi əsas yoxdur. Milli Şuranın müraciətində 5 göstərilib və bu yerlərin hər biri özlərinin kütləvi tədbirlərin keçirilməsi üçün müəyyənləşdirdi yerdir".
"İcazə verilməzsə, Milli Şura icazəsiz aksiya keçirəcəklmi?" sualına Tural Abbaslı belə cavab verib: "Biz Müsavat Partiyası olaraq indiki durumda icazəsiz aksiyanın tərəfdarı deyilik və icazəsiz aksiyaya çıxmağı düzgün hesab etmirik. Müşahidələr göstərir ki, belə aksiyalar effektsiz olur və eyni zamanda ziyanları daha çox olur. Qarşıdurmalar təşkil olunur və lazımsız qurbanlar olur". Qaynar.info