Xəbər lenti

"NATO Qarabağ məsələsinin həll olunacağı meydan deyil" - Erməni vitse-spiker
Siyasət11:32 11.07.2016

"NATO Qarabağ məsələsinin həll olunacağı meydan deyil" - Erməni vitse-spiker

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Eduard Şahnazaryan: "NATO Qarabağ məsələsinin həll olunacağı meydan deyil"

"Ermənistan prezidenti Serj Sarksyan NATO Sammiti zamanı bir sıra aydın mesajlar səsləndirdi". 

"Qaynarinfo.az" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şahnazaryan deyib:"Biz birmənalı olaraq sülhə-uzunmüddətli sülhə tərəfdarıq. Ermənistan və Dağlıq Qarabağ münaqişənin həllində tərəflərdir. Biz öz cəmiyyətimizi müharibəyə yox, sülhə hazırlamalıyıq. İkincisi, Əliyevin və Azərbaycan mətbuatının bəyənatlarına baxmayaraq, Ermənistan prezidenti aydın qeyd etdi ki, NATO Qarabağ məsələsinin həll olunacağı meydan deyil. Ona görə də Azərbaycan tərəfinin münaqişənin həllini istənilən başqa meydana çəkmək cəhdləri qəbuledilməzdir və ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyənatları ilə ziddiyyət təşkil edir"-deyə Şahnazaryan əlavə edib. 

O Sarksyana istinadən deyib ki, Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmalar həyata keçirilməlidir.     

Qaynarinfo.Az