Xəbər lenti

"Neftçilər"də aksiya
Ölkə08:59 08.04.2013

"Neftçilər"də aksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vətəndaşlar onların əmlakını mənimsəyən "Lombard" mağaza sahibinə etiraz edirlər

“Neftçilər” metrosunun yaxınlığında bir qrup şikayətçi etiraz aksiyası keçirir. Anspress-in verdiyi məlumata görə, onlar Nizami rayonu Qara Qarayev prospekti “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Lombard” mağazası sahibinin vətəndaşların xeyli miqdarda əmanətini mənimsəyərk aradan çıxmasına etiraz edirlər.

Şikayətçilərin Anspress-ə məlumata görə, dəqiq adı məlum olmayan və Mamed kimi tanınan həmin şəxs müxtəlif insanlara məxsus xeyli miqdarda pulu və əmlakı mənimsəyərək yoxa çıxıb.

“Neftçilər” metrosu yaxınlığına 20-30 nəfər adamın toplaşdığı bildilrir. Şikayətçilər bununla bağlı Nizami rayon 24-cü polis idarəsinə müraciət etsələr də, şikayətə baxılmadığını deyirlər. 

Bununla bağlı Nizami rayonu 24-cü polis bölməsindən onlara rəsmi müraciət olunduğunu təsdiq etdilər. Polis bölməsindən faktla bağlı araşdırma aparıldığını dedilər.

Qaynar.info