Xəbər lenti

"Neftçi" UEFA-ya müraciət etdi
İdman13:46 23.08.2014

"Neftçi" UEFA-ya müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" UEFA-ya müraciət edib. Qaynar.info xəbər verir ki, paytaxt klubu "Partizan"la oyunun Tofiq Bəhramov adına Respublika stadionunda yox, "Bakcell Arena"da keçirilməsini istəyib.

Bu barədə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə "Facebook" səhifəsində yazıb: "Dəyərli jurnalist dostlarım. "Neftçi" - "Partizan" oyununa bilet satışı bizdən asılı olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb. Məlumunuz olsun ki, Tofiq Bəhramov adına Respublika stadionunun heç də yaxşı vəziyyətdə olmayan ot örtüyü "Qarabağ" - "Tvente" oyunundan sonra daha bərbad hala düşüb. Bu səbəbdən qarşılaşmanın Respublika stadionunda deyil, "Bakcell Arena"da keçirilməsi üçün UEFA-ya müraciət ünvanlamışıq. Müsbət cavab alacağımıza ümid edirik. Daha öncədən bilet almış azarkeşlərə nə etməli olduqları haqda məlumat UEFA-nın cavabından sonra veriləcək. Anlayışınız üçün təşəkkürlər".

Qaynar.info