Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri aksiya keçirirlər. İdmançıların anspress-ə verdikləri məlumata görə, onlar bütün heyətlə federasiya rəhbərliyinə etiraz edir.
Komanda üzvlərinin məlumatına görə, onların etirazı aldıqları məvaciblə bağlıdı. Cüdo yığması kapitan Elxan Məmmədov və Elmar Qasımov başda olmaqla "Neftçi"nin bazası qarşısına yığılacaqlar. Onlar Federasiya rəhbərliyinə etirazlarını bildirəcəklər.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, onlarda cüdoçuların məvacibləri ilə bağlı hər hansı problemin olması ilə bağlı məlumatları yoxdu. Nazirlikdən məsələnin dəqiqləşdiriləcəyi bildirilir.
Qaynar.info