Xəbər lenti

"Nənələr" qrupunun üzvü öldü - FOTO+VİDEO
Sənət14:15 10.07.2015

"Nənələr" qrupunun üzvü öldü - FOTO+VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın məşhur qrupunun üzvü dünyasını dəyişdi. ANS PRESS-in məlumatına görə, cənub regionunun - Lənkəranın “Nənələr” folklor qurupunun üzvü vəfat edib. 

Bu, 1931-ci il təvəllüdlü Xanbibi Əzimovadır. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Qrupun prodüsseri Fərhad Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, X.Əzimova soyuqdəymədən müalicə alıb. Onun ölümünə də səbəb məhz bu olub. 

Qrup 1970-ci ildə yarananıb. O gündən Xanbibi nənə qrupda iştirak edir və ən fəal üzvü olub. Folklor qrupunun 6 nəfərdən ibarət olduğunu deyən prodüsser X.Əzimovanın vəfatından sonra onun yerini gəlinlərində biri tutacağını bildirib.

Xatırladaq ki, qrup Azərbaycan və Talış dillərində musiqilər, bayatılar,el nəğmələri ifa edir.

Bu ansamblın əsası 1970-ci ildə qoyulub. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və talış dillərində olan 100-ə qədər bayatı və mahnı var.

Bunlara misal olaraq “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi”, “Bulaq başında”, “Gəlin”, ““Kinəlim-kinəlim”, “Maralı göndər bizə”, "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", “Yar-yar”, “Can gülüm”, “Bülbüllər oxuyur” və s. mahnıların adını çəkmək olar.