
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərin məhkəməsi keçirilib.
Qaynar.info-nun verdiyi xəbərə görə, Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə artıq hökm oxunub.
Hakimin qərarı ilə gənclərə ümumilikdə təxminən 60 il iş kəsilib. Belə ki, Bəxtiyar Quliyev 7 il, Məmməd Əziziov7 il 6 ay, Şahın Novruzlu 6 il, Rəşad Həsənov 7 il 6 ay, Uzeyir Məmmədli 7 il, Rәşadәt Axundov 8 il, Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il azadlıqdan mərhum olunub.
Qeyd edək ki, dövlət ittihamçısı 8 gəncə üst-üstə 64 il həbs cəzası istəmişdi. Onlar "Molotov kokteyli" düzəldərək dövlət çevrilişi etmək cəhdində təqsirləndirilirdilər. Gənclər özləri və beyəlxalq hüquq müdafiəsi təşkilatları ittihamları əsassız sayır, cinayət işini qurama hesab edirlər.
Qaynar.info