Xəbər lenti

"O təklifi qəbul etməyə qorxdum" - Röya + FOTOLAR
Maqazin13:15 19.05.2016

"O təklifi qəbul etməyə qorxdum" - Röya + FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Röya Ayxan pərəstişkarları ilə görüş keçirib. 

23 nömrəli 11 illik musiqi məktəbində baş tutan tədbirdə bəstəkar Vaqif Gərayzadə də müğənnini tək qoymayıb.

R.Ayxan müğənni Zamiq Hüseynovla klip çəkdirəcəyindən danışıb:

“Mayın 21-də Batumiyə yola düşürəm. Orada Zamiqlə klip çəkdirəcəyik. Bu reklam xarakterli bir layihədir. Klipdə suyu reklam etdirəcəyik”.

Müğənni ötən il çıxdığı Azərbaycan Kubokunun final görüşünə həsr edilən konsertin bu dəfə xalq artisti Aygün Kazımovaya həvalə olunmasına münasibət bildirib:

“Bu il mən UEFA-17 Avropa Çempionatında səfir seçildim. Mayın 21-də son görüşüm olacaq. Ordanda Batumiyə gedəcəm. Əslində ayın 24-də Bakıya qayıda biləcəyimi deyirlər. Amma birdən nəsə alınmadı, ya da yorğun oldum. Buna görə də təklifi qəbul etməyə qorxdum. Orada olacaq hamıya da uğurlar arzulayıram”. 

R.Ayxan mayın 27-də klubda verəcəyi konsertinin hazırlıqlarının başa çatdığını söyləyib:

“Artıq hər şeyə hazırıq. Maraqlı geyimlər və qonaqlar olacaq. Səhnədə məndən başqa da müğənnilər çıxış edəcəklər. Gecədə yeni sima və təqdimat olacaq. Yaddan çıxan bir dueti də səsləndirəcəm”.(Axşam.az)

Qaynarinfo.az