Xəbər lenti

"Oda"nın 18+ tamaşası Fransada oynanılacaq
Sənət10:30 05.08.2015

"Oda"nın 18+ tamaşası Fransada oynanılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Oda” Teatrının quruluş verdiyi “MimOda 18+” tamaşası Fransaya dəvət alıb. 

Bu barədə AzNews.az-a açıqlamasında teatrın bədii rəhbəri Elmin Bədəlov məlumat verib. O, bildirib ki, tamaşa Fransanın Oriak şəhərində nümayiş olunacaq:

“Fransada məşhur Oriak Festivalı var, bizə də oradan dəvət gəldi. Bütün teatrlar Oriak meydanında gəlib tamaşalar göstərir. Biz də həmin festivalda “MimOda 18+” tamaşasını təqdim edəcəyik. Ümid edirəm ki, tamaşa Fransada uğurla qarşılanacaq”.

Qeyd edək ki, festival avqust ayının 11-dən sentyabrın 1-nə kimi davam edəcək.

E.Bədəlov onu da vurğulayıb ki, “MimOda 18+” avqustun 8 və 9-da təkrarən təqdim olunacaq.

Qaynar.info