Xəbər lenti

"Onların Bakıya gəlişinə maneə olmayacaq" - Çingiz Hüseynzadə
İdman14:00 27.10.2016

"Onların Bakıya gəlişinə maneə olmayacaq" - Çingiz Hüseynzadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, gələn il mayın 12-22-si tarixlərində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Qaynarinfo.Az xəbər verir ki, bu oyunlarda 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısı iştirak edəcək.

Xatırlatma kimi qeyd edək ki, I Avropa Oyunlarında qitənin 50 ölkəsi təmsil olunurdu. Yəni, bu dəfə daha çox ölkənin idmançıları ölkəmizə gələcək. Bunların arasında Kosovo da var. Bu ölkə 2008-ci ildə müstəqilliyini bəyan etsə də, Azərbaycan tərəfindən müəyyən səbəblərdən dolayı hələ də tanınmayıb.

Kosovoda yaşayanlar isə etnik albanlardır. Yəni, əhalinin sitayiş etdiyi din İslamdır. Ancaq Kosovonun ölkəmizə gəlməsi problemə çevrilməyəcək ki?

Картинки

Bu məsələ ilə bağlı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə əlaqə saxladıq. O bu barədə heç bir problemin olmayacağını bildirdi: "Kosovo ölkəmiz tərəfindən tanınmasa da, onlar ötən il I Avropa Oyunlarında 19 idmançı ilə təmsil olunmuşdu. Yəni, onların bu dəfə də bura gəlişinə heç bir maneə olmayacaq".

Qaynarinfo.Az