
Tanınmış rəqqasə Aytən "Evdəyik" verilişində qonaq olub.
Gecce.az xəbər verir ki,verilişdə qonaq olan rəqqasə sənət yoldaşlarını qınayıb.
"Hər rəqqas və rəqqasənin öz oyun tərzi olmalıdır.Mən Asenanın etdiyi hərəkətləri etsən doğru çıxmaz.Mən oriental oynayıram.Milli rəqsdən başım çıxmır.Milli rəqs haqqda heçnə bilmirəm.Oriental rəqsin indiyədək məktəbi olmayıb.Mənim əsl sənətim piano çalmaqdır.Buna görə yeddi il dərs almışam.Üç il Kuveytdə qalıb,rəqqasəliyi öyrəndim.Musiqi savadım və ritmim var.Əgər bunlar hər hansı bir insanda varsa,o gələcəkdə professional rəqqasə ola bilər.Ərəb qızı var idi.Ondan dərs alırdım.Bütün hərəkətləri o qızdan öyrəndim.Mən pul qazanmaq üçün yanaşmıram.Öz işimi sevirəm.İndi oriental rəqsə pis baxırlar.Bu elə deyil.Sizə elə rəqslər deyərəm onları Azərbaycanda oynayan qızlarda var.Sadəcə niyə oriental rəqsə bizimkilər pis baxır,anlamıram".
Qaynar.info