Xəbər lenti

"Pensiyaçılara kredit qadağası qoyulması sərt addımdır" - FOTO
Ekonomiks08:30 22.04.2016

"Pensiyaçılara kredit qadağası qoyulması sərt addımdır" - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pensiyaçılara verilən kreditlərin şərtləri ağırlaşdırılsın".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qəbul etdiyi qərara münasibət bildirərkən deyib.
Samir Əliyev hər hansı bir qadağanın əleyhinə olduğunu bildirib: "Qadağa yox, burda məhdudiyyətlərdən söhbət gedə bilər. Pensiyaçılar yaş baxımından risk kateqoriyasına daxildir. Ona görə də banklar bu kateqoriyaya kredit ayırmaqda maraqlı deyillər. Elə bank var ki, aktiv olaraq bu sahədə işləyir. Kifayət qədər də kreditləşməni həyata keçirirlər". 
Eksperin fikrincə, Palatanın atdığı bu addım son zamanlar bank sektorunda kreditləşmə sahəsində yaranmış məsuliyyətsizliyin nizamlanmasına yönəldilmiş bir addımdır: "Amma bu çox sərt addımdır. Bir ay əvvəl dollarla istehlak kreditlərinin verilməsi qadağan edildi. İndi isə pensiyaçılarla bağlı qərar verdilər. Bu qadağalar uzun müddətli olması məsləhət deyil. Yaxşı olar ki, qısa müddətli olsun. Pensiyaçılara verilən kreditlərin şərtləri ağırlaşdırılsın. Müddət azaldılsın, məbləğ azaldılsın və s. məhdudiyyətlər tətbiq etmək olar. 
Düzdü, bir neçə banka zərəri olacaq. Amma ümumilikdə pensiyaçıların kredit götürməsində problem yaradacaq. Ümid edək ki. bu qərar müvvəqqətidir. Sonda məhdud şəkildə olsa da, bərpa ediləcək".
Qafqaz Rafiqoğlu 
Qaynarinfo.az