
"Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan 18 gündür Türkiyədə hərbi çevriliş əleyhinə davam edən küçə növbəsində fəal iştirak edənlərdəndir.
Qaynarinfo.Az xəbər verir ki, Karan həmin növbə zamanı nitq də söyləyib:
"Millətimiz cəsarəti və qərarı ilə bir tarix yazıb. Torpaqlarımızı qurtardınız. Prezidentimiz futbol deyimi ilə topu 90-a vurdu".
Qaynarinfo.Az