
Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistana səfər edəcək.
Qaynarinfo.Az xəbər verir ki, prezident Kollektiv Təhlükəsizlik Şurasının toplantısında iştirak edəcək.
Rusiya prezidentinin Ermənistana səfərindən nə gözləmək olar? Millət vəkili Asim Mollazadə Qaynarinfo.Az-a bununla bağlı açıqlama verib: "Bildiyiniz kimi, Rusiya ilə Ermənistan hərbi müttüəfiqdir və bu yaxınlarda həm hava müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı sənəd, bundan başqa Rrusiya silahlı qüvvələrinin Ermənistanda yerləşdirilməsi ilə bağlı müvafiq saziş imzalanıb. Rusiya heç bir vəsait ödənilmədən Ermənistana külli miqdarda müasir silahlar verib. Bu iki ölkə hərbi müttəfiqdir və biz bunu hər zaman nəzərə almalıyıq".

Asim Mollazadə deyib ki, Rusiyanın prezidenti münaqişənin həlli ilə bağlı vədlər verib: "Ermənistan onun təkliflərinin rədd etsə, o zaman Putinin imicinə böyük zərər gələcək".
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan tərəfindən işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılacağı barədə bəyanatını isə Asim Mollazadə belə qiymətləndirib:"Məncə dostumuz Mövlud Çavuşoğlu ona görə belə bir optimist bəyanat verib ki, Türkiyə münaqişənin tezliklə həll olunmasını istəyir və Azərbaycanın problemlərinin həllində çox maraqlıdır. Sadəcə olaraq, hər şey Putinin Ermənistanı sazişə məcbur etmək istəyi ilə bağlı olacaq".
Qızılgül
Qaynarinfo.Az