
Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına zəmin yaratmaq istəyir.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb. Qəzet qeyd edib ki, Rusiya prezidenti Avrasiya məkanında inteqrasiyanı gücləndirmək məqsədilə Azərbaycan, İran, Türkiyə və Ermənistanla silsilə görüşlər keçirir.
"İrəvandakı hadisələr ölkədə radikal əhval-ruhiyyənin yüksəldiyini və prezident Serj Sarqsyanın mövqeyinin zəiflədiyini göstərir. Bu situasiyada Serj Sarqsyanın hakimiyyətini qoruyub saxlamağa kömək edə biləcək həlledici xarici oyunçuların dəstəyinə ehtiyacı var.Qəzet yazıb ki, Putinin ardıcıl səfərlərinin bir məqsəd də Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşdırılmasına zəmin yaratmaqdır.
Qızılgül
Qaynarinfo.Az